XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 10:13

Nazirin birinci müavini təyin olundu – Heydər Əliyev Fondundan gətirildi

raminq.jpg

Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini təyin olunan Ramin Quluzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.