XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 Noyabr 2015 - 12:28

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini qəbul edib. 

Strateq.az xəbər verir ki,  ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri rəhbərlik etdiyi təşkilatın XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinə göstərdiyi dəstəyə və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qonaqların Bakı ilə ilk tanışlıqdan valeh olduqlarını vurğulayan Əbdüləziz Osman əl-Tuveycri paytaxtda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. ISESCO-nun XII Baş konfransının və İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı yüksək səviyyəli qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı imkan yaratdığını deyib.

Görüşdə Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.