XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

19 İyun 2017 - 19:36

 Meksika səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Qubaya səfər edib.  Səfirlikdən Strateq.az saytına verilən məlumata görə, İcra Hakimiyyətində keçirilən görüşdə  səfirə rayon, onun tarixi, iqtisadiyyatının əsas istiqamət və göstəriciləri haqqında məlumat verilib.

Səfir Labardini, öz növbəsində, diplomatik nümayəndəliyin fəaliyyəti və müxtəlif sahələrdə keçirdiyi tədbirlər barədə danışıb. Bundan əlavə, diplomat Meksika iqtisadiyyatı haqqında vacib məlumatlar, ölkəsinin avtomobil, elektronika, kosmik, kənd təsərrüfatı və s. sənayelərində uğurlarından söz açıb. Həmçinin, Meksika şəhərlərindən birinin Quba rayonu ilə qardaşlaşmasının mümkünlüyü vurğulanıb. Qarşılıqlı tanıtım üçün hər iki ölkənin regionları arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Səfər zamanı səfir Quba Soyqırımı Memorial Kompleksi, Xalça Muzeyi və yəhudi icmasının yaşadığı Qırmızı Qəsəbəni ziyarət edib.

 Laçın

 Strateq.az