DİN-in Polis Akademiyasının 3-cü kurs dinləyicisi, Qaradağ RPİ-nin əməkdaşı, polis serjantı, əlbəyaxa döyüş üzrə dəfələrlə dünya çempionu, iki dəfə dünya kubokunun sahibi Nizami Məmmədov qarışıq əlbəyaxa döyüş növləri üzrə dünya çempionatında növbəti dəfə dünya çempionu adını qazanıb.
Noyabrın 18-dən 22-dək Moldovada keçirilən çempoinatda həmkarımız DİN-i təmsil edib. O, 95+ dərəcəsində 3 döyüş keçirib. İlk görüşü yerli idmançı ilə olub. Nizaminin inamlı qələbəsi növbəti rəqibinin – italyan idmançının da məğlubiyyətinə yol açıb.
Kifayət qədər təcrübəli idmançıları məğlubiyyətə düçar edən idmançımız final mərhələsində qardaş Türkiyə təmsilçisi ilə qarşılaşıb. Bu dəfə də təcrübə və fiziki imkanlar qələbəni qaçılmaz edib və Nizami Məmmədov bayrağımızı növbəti dəfə ucalara qaldırıb.
H.Təmirov