XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

20 İyun 2017 - 12:35

Yenə yağış yağacaq –Sabahın hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Strateq.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyunun 21-də gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz  24-28° isti, Bakıda gecə  18-20° isti, gündüz  26-28° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan aşağı 752 mm civə sütunundan  756 mm civə sütununa yüksələcək. Nisbi rütubət  65-75 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  21-22°, Türkan, Hövsan, Sahil, Şıxda  23-24° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz  26-31° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacağı gözlənilir.