Azərbaycan prezidenti İlham Əliyev noyabrın 27-28-də Belarusa səfər edəcək.
Modern.az saytı xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb:
“Belarus lideri Aleksandr Lukaşenko və Azərbaycanın dövlət başçısı İlham Əliyevin təkbətək və geniş tərkibdə görüşü, bir sıra beynəlxalq müqavilələrin imzalanması nəzərdə tutulub”.
Məlumatda bildirilir ki, İlham Əliyev Minskdə Qələbə parkına əklil qoyacaq və Belarus Dövlət Böyük Vətən Müharibəsi muzeyini ziyarət edəcək.