XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

20 İyun 2017 - 15:48

Kəmaləddin Heydərov vətəndaşları qəbul etdi –Nazir müavinlərinə tapşırıq verdi + FOTO

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, K.Heydərov tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib:

"Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 109 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub".