XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 November 2015 - 17:34

Ollandla Ərdoğan vurulan rus qırıcısından danışdı

Fransa Prezidenti Fransua Ollandla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə səmasında vurulan Su-24 qırıcısını müzakirə edib.  

Axar.az RİA-ya istinadən xəbər verir ki, tərəflərin telefon danışığı zamanı Prezident Olland Türkiyənin öz sərhədlərini qorumaq hüququ olduğunu deyib.

Prezidentlər vurulan qırıcı ilə yanaşı, həm də regiondakı təhlükəsizliyə nail olunması, gərginliyin azaldılması və İŞİD-ə qarşı bütün güclərin birləşdirilməsi metodlarını müzakirə ediblər.