XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 21:27

Portuqaliyada güclü yanğın –5 minə yaxın sakin təxliyə edilir

Portuqaliyanın Qoyş rayonunda yanğınlar nəticəsində 27 yaşayış məntəqəsinin əhalisi köçürülüb.

Yanğının tezliklə söndürüləcəyi gözlənilsə də, havanın isti və küləkli olması alovun qarşısını almağa imkan vermir. Eyni zamanda qatı tüstü yanğınsöndürən təyyarələrin işinə mane olur.

Gün ərzində 4,5 min sakinin təxliyə edilməsinə başlanıb.

Qeyd edək ki, ölkənin Pedroqan-Qrandi rayonunda yanğında 60 nəfər ölüb. Yanğınla mübarizəyə 2,2 min yanğınsöndürən cəlb edilib. İspaniya, İtaliya və Fransa da Portuqaliyaya yardım üçün təyyarə və canlı qüvvə göndəriblər/Trend.