XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 İyun 2017 - 21:35

Qazaxa da dolu və güclü yağış yağdı –Elektrik enerjisinin verilişi dayandırılıb

Qazax rayonuna yağan dolu bir sıra fəsadlar törədib.

Bu gün saat 19:55-dən başlayaraq yağan dolunun diametri təxminən 5-7 sm olub.

Hazırda rayon mərkəzində və rayon mərkəzinə yaxın kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb. Təsərrüfata və əkin sahələrinə, həmçinin meyvə ağaclarına ciddi ziyan dəyib. Yağıntı zamanı nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Hava şəraitinin yaratdığı fəsadlar nəticəsində rayona dəymiş ziyan haqqında hələlik məlumat yoxdur.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Daşkəsən, Göygöl, Gəncənin Hacıkənd qəsəbəsi, Tovuz, Ağstafa və Şəmkir rayonlarında da yağan leysan və dolu fəsadlar yaradıb. 

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir/Report.