XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 İyun 2017 - 22:32

Nazir Zakir Həsənov komandanları dinləyib, tapşırıqlar verib –FOTOLAR

"Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümümqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib".

Strateq.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bildirilib ki, döyüş tapşırıqlarının aydınlaşdırılması, şəraitin qiymətləndirilməsi, ərazinin kəşfi, maket üzərində qarşılıqlı əlaqənin müəyyən edilməsi və qərarın məruzəsindən sonra qoşunların idarə olunması üzrə göstərişlər verilib.