XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2017 - 13:19

Yenə yağış yağacaq… –Sabahın hava proqnozu açıqlandı

İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturu gecə Abşeronda 18-20, gündüz 22-25 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.