Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasında şəffaflıq ictimai təşəbbüsünə dəstək” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 Dekabr tarixli Sərəncamı ilə təsdiq edilən 2012-2015-ci illər üçün “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirir.
Monitorinqin məqsədi Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planıın icrası ilə bağlı məlumat bazasının yaradılması, dövlət qurumları və ictimaiyyət arasında kommunikasıyanın qurulması və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə yerli və xarici ictimaiyyətin məlumatlandırılmasıdır.
Monitorinq çərçivəsində metodologiya ilə nəzərdə tutlmuş sorğular müəyyən edilmiş dövlət qurumlarına göndərilib.
Eyni zamanda layihə çərçivəsində layihənin koordinatoru Şahin Nəsrullayev və layihənin eksperti Zaur İbrahimli 2012-2015-ci illər üçün “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı görülmüş işlər ilə tanış olmaq üçün Gəncə və Mingəçevir şəhərlərində ezamiyyətdə olublar. Yerli QHT-lər və müvafiq dövlət qurumlarının nümayəndələri ilə görüşlər zamanı əsasən əhalinin mülkiyyət hüquqlarının təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması ilə bağlı görülmüş işlər və bu sahədə mövcud problemlər müzakirə olunub.
Monitorinqin nəticələri əsasında hazırlanmış hesabat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək, nəticələr isə bütün maraqlı tərəflərin iştirakı ilə dəyirmi masada müzakirə oluncaq.
Strateq.az