XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2017 - 12:52

Yenə yağış yağacaq… –Sabahın hava proqnozu

İyunun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturunun gecə 18-20° isti, gündüz  25-30° isti, Bakıda gecə  18-20° isti, gündüz  27-29° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normada daxilində 760 mm civə sütunu, nisbi rütubət  gecə 70-75 %,  gündüz  50-55%  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  20-21°, Türkan, Hövsan, Sahil, Şıxda  22-23° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz  əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacağı gözlənilir.