XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

22 İyun 2017 - 14:10

Hindistandan qərar:"Qətərə əlavə reyslər təşkil edilsin"

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

Bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.

Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.

Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.

Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları “Jet Airways”, 25 iyun-8 iyul tarixlərində “Air India Express” aviaşirkətləri həyata keçirəcək/Trend.