XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 İyun 2017 - 16:12

“Azəriqaz” gücləndirilmiş iş rejimində işləyəcək –Səbəb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Ramazan bayramı münasibəti ilə 24 iyun 2017-ci il tarixindən 28 iyun 2017-ci il tarixədək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.