XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2017 - 17:20

Zakir Qaralovun qəbul vaxtı dəyişdirildi –Baş Prokurorluqdan açıqlama

Baş prokuror Zakir Qaralovun Lənkəran şəhərində keçirəcəyi qəbulun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, Baş prokuror Zakir Qaralovun Lənkəran şəhəri, Masallı, Astara, Lerik və Yardımlı rayonlarında yaşayan vətəndaşlar üçün iyunun 30-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilərək iyunun 29-da saat 10-a təyin edilib.

Qəbul Lənkəran şəhər prokurorluğunun inzibati binasında keçiriləcək.