XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 June 2017 - 19:32

Zakir Həsənov cəbhə bölgəsində hərbi hissələrin açılışında –VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.