XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2017 - 20:31

Prezident İlham Əliyev Lüksemburqun böyük hersoqunu təbrik edib –Mətn

Azərbaycan prezidenti İlham Əliyev Lüksemburqun böyük hersoqu Anrini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“Əlahəzrət, Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm”.