XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 İyun 2017 - 21:14

Çexiyada iş saatları azaldılıb –İstilərə görə

Çexiyada son günlər müşahidə olunan istilərlə əlaqədar əksər nazirlik və idarələrdə, eləcə də firmalarda iş saatları azaldılıb.

Bu barədə ölkənin sənaye və ticarət naziri Frantişek Kotrba deyib.

Onun sözlərinə görə, bir sıra şəxslər, xüsusilə də yaşlı əməkdaşlar belə şəraitdə işləməkdə çətinlik çəkirlər, tez-tez həkimə müraciət etməli olurlar. Bu səbəbdən qurum rəhbərləri, xüsusilə də kondisioner sistemi olmayan müəssisələr əməkdaşlarını iş vaxtından 2-3 saat tez buraxmaq üçün nazirliyə müraciət ediblər.

Qeyd edək ki, ötən həftənin sonundan etibarən Çexiyada havanın temperaturu 33-35 dərəcəyə yüksəlib/Trend