Konqo Demokratik Respublikasında (KDR) hərbiləşdirilmiş birləşmələr və hərbçilər arasında silahlı toqquşma baş verib.
"RİA Novosti"nin verdiyi məlumata görə, toqquşma nəticəsində 3 hərbçi və 13 hərbiləşdirilmiş birləşmələrin üzvü həlak olub. Bundan əlavə, 6 nəfərin yaralandığıda bildirilir.
Məlumata əsasən, toqquşma Beni şəhərində baş verib və hazırda vəziyyət stabilləşib/Trend.