XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2017 - 00:04

Güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub –Əkinə və evlərə zərər dəyib

Son günlər respublikanın Qərb bölgəsinə yağan güclü leysan yağışları Goranboyda fəsadlara səbəb olub.

Güclü yağışlar nəticəsində rayon ərazisində keçən Kürəkçayda suyun səviyyəsi artaraq daşıb.

Sel suları rayonun Nadirkənd və Qazancı kəndlərində ciddi fəsadlar yaranıb, əkin sahələrinə və təsərrüfata ciddi ziyan vurub. Kənd yollarında avtomobillərin hərəkətində də problemlər yaranıb. Bir neçə evin həyətyanı sahəsinə də sel suları dolub.

Hazırda təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərə başlanılıb/Report.