XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

23 İyun 2017 - 09:55

Məhkəmə “Porshe” ilə qadını vurub öldürən yeniyetmə barədə qərar verdi

Məhkəmə “Porshe” ilə qəza törədən yeniyetmə barədə qərar verib.

Bakı şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, Sabunçu rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli qərarı ilə Sabunçu Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış Fərəcli Ağaəli Fizuli oğlunun barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə dair vəsatəti təmin edilib.

 Qərarın icrası Sabunçu İcra Hakimiyyətində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Sabunçu Rayon Polis İdarəsinə həvalə edilib.