XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

23 İyun 2017 - 15:04

Prokuror “Zaminbank”ın vəzifəli şəxslərinə cəza istəyib

Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Əli Əliyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib.

 O, M. Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovum 9 il, Vasif Həsənovun 5 il, Nailə İsgəndərovanın 4 il, Mehriban İsmayıovnın 4 il, Nuranə Kərimlinin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Buna görə məhkəmə prosesi iyulun 7-dək təxirə salınıb.

 Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Zaminbank”ın filialın müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş 49 min manat və 2 min ABŞ dolları məbləğində pulu mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində, filialın baş mühasibi Nailə İsgəndərovaya və xəzinə müdiri Mehriban İsmayılovaya isə həmin məcəllənin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsində nəzərdə tutulan ittiham elan edilib. İstintaq dövründə dəymiş 1 milyon 800 min manat ziyandan 41 min 300 manatının ödətdirilməsi təmin edilib.