XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

23 İyun 2017 - 16:22

Formula-1 yürüşündə qəza:Maşın Qız qalasının yaxınlığında səddə çırpıldı

Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib.

“Force India”nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə – Qız qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb. Pilot bolidi tərk etdikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar.

Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.