XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2017 - 16:29

Bank üzrə tanınmış ekspert Əkrəm Həsənov Baş Prokurorluğa çağrılıb

Hüquqşünas Əkrəm Həsənov Baş Prokurorluğa çağırılıb.

 "APA-Economics" xəbər verir ki, bu barədə hüquqşünas öz ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında deyib. Ə.Həsənov eyni zamanda Kreditorlar Komitəsinin sədridir.

 Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ondan Baş Prokurorluğa şikayət edib. Buna səbəb onun bank sektoru ilə bağlı səsləndirdiyi fikirlərdir: "İclasa gələn zaman mənə Baş Prokurorluqdan zəng etdilər və saat 18:00-da orada olmağımı bildirdilər. Öyrəndim ki, Maliyyə Bazarlarına Nəzarət Palatası məndən şikayət edib".