Hacıqabul rayonunda qətl hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Hacıqabul şəhəri Əlağa Vahid küçəsi, 155 ünvanında qeydə alınıb.
Rayon sakini 1953-cü il təvəllüdlü Hüseynov Əflan Gəncəli oğlu həyat yoldaşı, 1954-cü il təvəllüdlü Hüseynova Almaz Sabir qızının ürək nahiyəsinə bıçaqla vuraraq qətlə yetirib.
Bundan sonra Ə.Hüseynov özünü ov tüfəngi ilə vuraraq öldürüb.