XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 12:38

Obama: “İsrailin İrandan hərbi üstünlüyü ideyasına sadiqəm”

“ABŞ İranın nüvə proqramı üzərində nəzarəti saxlayır”

Картинки по запросу barack obama

ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Netanyahunun bu gün Amerikanın aparıcı KİV-də çıxışından sonra mətbuata verdiyi açıqlamada bildirib ki, İsrail hökuməti başçısını başa düşür və onun mövqeyinə sayğı göstərir.

Srtateq.az xarici mətbuata isnadən bildirir ki, Obama “altılığın” İranla bağladığı çərçivə sazişini düzgün və yaxşı hesab etdiyini qeyd edib. Onun sölərinə görə, bu saziş nüvə silahlanmasını cilovlamaq üçün “nadir imkan” şansı verir.

Amerika prezidenti İsrailin İran qarşısında hərbi üstünlüyünü qoruyub saxlamaq ideyasına “mütləq sadiqliyini” bildirib və əlavə edib ki, İsrail İran daxil olmaqla hər hansı dövlətin hücumuna məruz qalarsa, “Amerikadan hərbi dəstək alacağına istənilən qarantiyanı verməyə hazıram”.

Obama deyib ki, ABŞ və dünyanın digər aparıcı dövlətləri xeyli güzəştlərə getmiş İranın nüvə proqramı üzərində nəzarəti saxlayır və uzun müdət ərzində Tehranın nüvə silahı əldə etməyə mümkün cəhdlərinə mane ola bilər.

Obama işarə edib ki, Ağ Ev İran təmsilçilərinin sözlərinə inanmağa hazır deyil.