XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 Noyabr 2015 - 08:50

Rus gəmiləri təlaşda: “Türkiyə boğazları bağlaya bilməz”
istanbul-bogaz.jpg
 
“Türkiyə Rusiyanın Suriyadakı aviasiyasını təchiz edən gəmilər üçün Bosfor və Dardanel boğazlarını bağlaya bilməz”.
 
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Rusiya Qara dəniz donanmasının sabiq komandiri admiral Viktor Kravçenko çıxış edib.
 
1936-cı ildə qəbul olunmuş Montre Konvensiyası Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenitetini təmin edir. Konvensiyaya əsasən Türkiyə boğazları xarici gəmilərin üzünə o zaman bağlaya bilər ki, tərəflərdən biri müharibə elan etsin.
 
Kravçenko qeyd edib ki, Türkiyə boğazları bağlayarsa, bu, beynəlxalq hüququn və Montre Konvensiyasının pozulması demək olacaq. Hətta İkinci Dünya müharibəsi zamanı belə Türkiyə boğazlarla bağlı neytrallığını qoruyub, Almaniyanın təzyiqlərinə baxmayaraq, boğazları bağlamayıb.