XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 İyun 2017 - 14:45

“Şaxtyor”un qapıçısı"Qarabağ"da

2017/2018-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, komanda ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb.

Qolkiper artıq Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

A.Kanibolotski vaxtilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.