XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

24 İyun 2017 - 18:09

Formula 1 ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasınınmonitorinq qrupu fəaliyyət göstərir

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə Formula -1 Azərbaycan Qran-Prisi ilə əlaqədar olaraq bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

MBNP-nin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycanda 2-ci dəfə keçirilən Formula -1 yarışlarını izləmək üçün Bakıya gələn çoxsaylı əcnəbi qonaqların və şəhərimizin sakinlərinin valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə, əvvəlcədən də mətbuatda xəbər verildiyi kimi, Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 24 bankın 67 filial və şöbəsi gücləndirilmiş iş rejimində xidmət göstərir.

Yarışlarla əlaqədar olaraq, MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı problemlə bağlı ölkə vətəndaşları və turistlər MBNP-nin əməkdaşına müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Azər Quluyev

email: [email protected]