XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2015 - 12:11

Akademik Tofiq Hacıyev II Fəxri Xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevlə vida mərasimi sabah saat 12.00-da Akademiyanın akt zalında keçiriləcək.

Bu barədə Strateq.az-a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Bildirilib ki, mərhum akademik II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, akademik Tofiq Hacıyev bu gecə dəm qazından zəhərlənərək dünyasını dəyişib.