XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 İyun 2017 - 21:21

Palmer Azərbaycan Qran-Prisindəçıxış edəcək

Stüardlar Renault komandasının pilotu Colyon Palmerə Azərbaycan Qran-Prisində iştirak etməsinə icazə veriblər.

Qeyd edək ki, Palmer yarışların sıralama turuna çıxa bilməyib. Belə ki, üçüncü sərbəst yürüş zamanı yanacaq sızması nəticəsində onun bolidində yanğın baş verib. Nəticədə mexaniklər bolidi sıralama turunadək hazırlaya bilməyiblər. Komanda sabah pilotun yarışa qatıla bilməsi üçün FIA-ya müraciət edəcək.

Xatırladaq ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.