XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 November 2015 - 13:32

Əhaliyə şad xəbər – İstilik problemi həllini tapdı

Azərbaycan hökumətinin müvafiq göstərişinə əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.

Qeyd edək ki, borc qalmaqalına görə əhali 13 gündür istiliksiz qalmışdı. (lent.az)