XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

25 İyun 2017 - 10:28

Mosulda güclü partlayış baş verib:azı 12 nəfər ölüb

Mosulda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

Bu barədə İraqın hərbi həkimlərinə istinadən "Frans Press" məlumat yayıb.

Hadisə Maşahda məhəlləsində baş verib. Terrorçu-kmikadze mühasirədə olan şəhəri tərk etmək istəyən qaçqın kütləsinin arasında özünü partladıb.

"Kamikadze bir qrup insanın arasına girərək özünü partladıb ki, onlar bizim hərbçilərə gedib çata bilməsinlər", — deyə İraq ordusunun nümayəndəsi bildirib.

Hərbi həkimlərin məlumatına görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var. (Report)