XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

25 İyun 2017 - 12:51

Çaylarda sululuq səviyyəsiaçıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli intensiv yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 20-də Gorançay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 50-80, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.

İyunun 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 286 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 352 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 137 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

İyunun 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 18, Salyanda 20, Bankədə 6 sm azalma, Surrada 20, Araz çayının Novruzlu məntəqəsində 21 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2016-cı il iyunun 23-də 332 sm), Şirvanda 265 sm, Salyanda 200 sm (2016-cı il iyunun 23-də 125 sm), Bankədə 193 sm (2016-cı il iyunun 23-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2016-cı il iyunun 23-də 44 sm) təşkil edir.