Əfqanıstanın qərbində “Taliban” silahlılarının hücumu nəticəsində ən azı 10 polis əməkdaşı ölüb.
Hadisə bu gün Heratda nəzarət-buraxılış məntəqəsində baş verib.
“Taliban” silahlılarının hücumu nəticəsində 4 polis əməkdaşı da yaralanıb. Atışma zamanı 4 “Taliban” silahlısı öldürülüb. (APA)