XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

25 İyun 2017 - 15:36

Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışındaiştirak edib

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.

 “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı tıxacların aradan qaldırılmasında yeni yolun əhəmiyyətini vurğulayıb. Bu layihənin icrası yeni yolların salınması ilə bağlı Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir. Eyni zamanda, bu cür tədbirlər paytaxtımızın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Bakı şəhərində tıxacların aradan qaldırılması baxımından da çox önəmlidir. Belə ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyevprospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun 28 May stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər. Beləliklə, bu yolun istifadəyə verilməsi Yusif Səfərov küçəsində tıxacların yaranmasının qarşısını alacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. (Report)