Xalq artisti Qəndab Quliyevanın ailəsi onu evə aparmaq üçün xəstəxanaya müraciət edib.
Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Şahin Xəlilov məlumat verib.
Onun sözlərinə görə, ailəsi bu vəziyyətdə Qəndab xanımın xəstəxanada qalmasını istəmirlər: “İndi xəstəxana rəhbərliyi və reanimasiya həkimi ilə danışıqlar aparılır. Birlikdə qərar veriləcək. Hazırda Qəndab xanımın vəziyyəti kritik ağırdır. Sidik çıxışı yoxdur, böyrəklərin fəaliyyəti dayanıb, tənəffüs aparatına qoşulub. Bundan sonra xəstəxanada qalıb-qalmamasına ailəsi qərar verəcək”. (Publika.az)