XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

26 İyun 2017 - 13:00

“Formula 1”-lə əlaqədar bağlanan mərkəzi küçələr bu axşam açılacaq

Bakıda "Formula 1" Azərbaycan "Qran-prisi" ilə əlaqədar bağlanan mərkəzi küçələrdə bu gün axşamdan nəqliyyatın hərəkəti bərpa ediləcək.

 Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. Qeyd olunub ki, hazırda həmin küçələrdə quraşdırılmış avadanlıqlar yığışdırılır: “Axşam saatlarından mərkəzi küçələr nəqliyyatın hərəkəti üçün açılacaq”.

 Qeyd edək ki, “Formula 1" yarışları ilə əlaqədar iyunun 19-dan Azadlıq meydanından başlayaraq Puşkin, Xəqani, Bülbül küçələri, Zərifə Əliyeva prospekti, Rəsul Rza küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçəsi, Qoşa Qala qapısı-Gənclər meydanı, İstiqlaliyyət küçəsi, Niyazi küçəsi, Azneft meydanı, Neftçilər prospekti və bu istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. (APA)