XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 June 2017 - 16:20

Bakıda partlamamış top mərmisi tapıldı –FOTO

Sabunçu rayonunda Gülçülük sovxozu adlanan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, baxış zamanı 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə agentlik tərəfindən yanvar 1-dən bu günədək respublika ərazisində 5 780 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.