XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 İyun 2017 - 11:02

Xalq artistinin yas mərasiminin xərclərini Heydər Əliyev Fondu çəkəcək –Nuran Hüseynov

Xalq artisti, mərhum muğam ifaçısı Qəndab Quliyevaının yas mərasimin bütün xərclərini Heydər Əliyev Fondu çəkəcək.

AzNews.az xəbər verir ki, bunu “Həyat” Fondunun təsisçisi Hacı Nuran Hüseynov bildirib.

 O, həmçinin qeyd edib ki, vida mərasimi ilə bağlı bütün təşkilatı işləri də fond öz öhdəsinə götürüb.

Xalq artisti Qəndab Quliyeva iyunun 26-da dünyasını dəyişib. Mərhum uzun müddətdir ürək və xroniki böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkirdi. İyunun 16-da vəziyyəti ağırlaşan sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. İyunun 26-da isə o, müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.