XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 13:26

Türkiyədə sosial şəbəkələrə giriş bağlandı

Ərdoğan: “Tvitter-şmitter…”

Картинки по запросу ərdoğan

Türkiyə hökuməti internet provayderlərinə populyar sosial şəbəkələrə – Facebook, Twitter və Youtube-a girişi bağlamaq barədə göstəriş verib.

Strateq.az Türkiyə nəşrlərinə əsasən bildirir ki, buna səbəb terrorçuların girov götürdüyü Mehmed Səlim Kerazın fotoşəkillərinin bu şəbəkələrdə yayılması olub.

Məhkəmənin qərarına uyğun olaraq, fotoşəkilləri dərc etmiş 166 sayt bağlanmalıdır. “Huriyet” qəzetinin yazdığına görə, internet provayderləri Birliyinin başqanı Bülent Kent bildirib ki, iri priovayderlər artıq göstərişi yerinə yetirib və qalanları da bu cür hərəkət edəcək.

Dövlət başçısının əleyhdarları sosial şəbəkələrdən öz fəaliyyətlərinin əlaqələndirilməsi üçün fəal şəkildə istifadə edirlər. Dövlət başçısı bu üsulu xəncər zərbəsi ilə müqayisə edib. “Tvitter-şmitter” ifadəsi də ona məxsusdur.