XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 09:55

Nardaranda həlak olan polis əməkdaşının Lənkəranda hüzr mərasimi keçirilir – FOTO

 

nardaran polis.jpg

Lənkəran şəhərində noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı həyatını itirmiş polis serjantı, 1977-ci il təvəllüdlü Tağıyev İsmayıl Rəsul oğlunun hüzr mərasimi keçirilir.

Axşam saatlarında mərhumun doğulduğu Lənkəran şəhərinə qayıdan ailə üzvlərinə başsağlığı vermək üçün çoxlu sayda insan gəlib. (Report)

Mərasimə rayon Polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti də qatılıb. Qeyd olunub ki, həyatını itirən polis əməkdaşları dövlətçiliyin müdafiəsi yolunda canlarını fəda ediblər. Onların ruhuna dualar oxunub. Ağır atletika üzrə Avropa çempionu İsmayıl Tağıyev üç övlad atası idi. II Fəxri xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşını Azərbaycan prezidenti İlham Əliyev ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.