XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

27 İyun 2017 - 18:51

“WhatsApp”da yenilik olacaq –Göndərilən faylların həcmi artırılır

"WhatsApp" istifadəçilərini yaxın vaxtlarda əlamətdar xəbər gözləyir.

Məlumata görə, onlar 128 MB-a qədər istənilən növ obyektləri bir-birinə göndərə biləcəklər.

Hazırda istifadəçilər PDF və Word formatında istənilən media obyekti və mətn fayllarını mübadilə edə bilirlər. Bundan sonra isə iOS əməliyyat sistemində 128 MB-a qədər, Android əməliyyat sistemində isə 100 MB-a qədər faylları göndərə biləcəklər. "WhatsApp"ın veb versiyasının istifadəçiləri üçün isə bu hədd 64 MB müəyyənləşdirilib.

Hazırda test rejimində olan bu yeniliyin nə vaxt tətbiq olunacağı isə sirr kimi saxlanılır/Lent.az.