XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

27 İyun 2017 - 20:50

İtaliyanın “Fiorentina” futbol klubu satışa çıxarılıb –İlginc səbəb

İtaliyanın köklü komandalarından olan “Fiorentina” satışa çıxarılıb.

Buna səbəb klub rəhbərliyi ilə azarkeşlər arasında yaşanan gərginlik olub.

Belə ki, Florensiya təmsilçisinin fanatları klubun sahibləri olan Della Valle qardaşlarının lazımi qədər vəsait ayırmadıqlarını düşünür. Komanda son illər A seriyasında ilk “beşliy”ə girməsinə baxmayaraq, azarkeşlərin narazılığından bezən Della Valle qardaşları klubu satışa çıxarmaq qərarına gəlib.

Rəsmi sayt vasitəsilə bəyan edilən xəbərdə qardaşların təklif gözlədiyi vurğulanıb: “Fiorentina”nın sahibləri azarkeşlərin narazılığı ucbatından klubu düzgün idarə edəcəyinə inanan biznezmenlərlə görüşməyə hazırdı”.

Qeyd edək ki, 90 ildi fəaliyyət göstərən “Fiorentina” klubu 2 dəfə A seriyasının (1955-56, 1968-69), 6 dəfə ölkə kubokunun (1939–40, 1960–61, 1965–66, 1974–75, 1995-96, 2000-01), 1 dəfə İtaliya Superkubokunun (1996) və 1 dəfə də UEFA Kuboklar Kubokunun (1960-61) qalibi olub.

APA