Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçikaya səfər edib.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Nazir Əfqanıstan İslam Respublikasında həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün artıq Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.