XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 Noyabr 2015 - 13:28

“İlk dəfə vəziyyət kökündən dəyişdi” – Putinin köməkçisindən Qərbə mesaj

“Rusiya döyüş təyyarələrinin Suriyada təşkil etdiyi əməliyyatlar nəticəsində İŞİD-in yeni torpaqlar işğal edərək böyüməsinin qarşısı alınıb”.

Bu sözləri Kreml sözçüsü Dmitriy Peskov “Rusiya 1” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ liderliyi ilə qurulan Qərb koalisiyası 15 aylıq fəaliyyəti dövründə terrorçulara qarşı uğurlu əməliyyat keçirə bilməyib: “ABŞ liderliyindəki koalisiya 15 aydır İraq və Suriyada əməliyyatlar təşkil edir. Ancaq təəssüf ki, bu əməliyyatların nəticəsində, İŞİD daha geniş torpaqlara sahib oldu. Rusiya Hava Qüvvələrinin çox qısa müddətdir davam edən əməliyyatları sayəsində ilk dəfə vəziyyət kökündən dəyişdi və terrorçuların nəzarətindəki ərazilər daralmağa başladı”.

Rusiyanın ABŞ liderliyindəki koalisiya ilə hər cür əməkdaşlığa hazır olduğunu deyən Peskov artıq Fransa ilə bu barədə razılığa gəldiklərini bildirib: “Qapımız açıqdır. Rusiya və Fransa hərbi səlahiyyətliləri Suriyada təşkil olunan əməliyyatlarda koordinasiya olunacaq. Koalisiyanın digər üzvləri ilə də bu barədə əməkdaşlıq edə bilərik”.

Axar.az