Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin 15 may 2017-ci il tarixli qərarından verdiyi şikayətə baxılacaq.
Strateq.az APA-ya istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın şikayətinə 2017-ci ilin sentyabrın 19-da baxacaq.
Qeyd edək ki, ÜAK Rusiya Ali Məhkəməsinin müvafiq qərarından iyunun 15-də şikayəti verib.