Liviyada “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar BMT missiyasının üzvlərini əsir götürüb.
Bu barədə “Sky News Arabia” telekanalı məlumat verib.
Məlumata əsasən, hadisə Tripolidən 45 km qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir/APA